AZ   |   RU
İsrail oktyabrın 7-dən bəri 8640 fələstinlini həbs edib

 

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində saxladığı fələstinlilərin sayı 8 min 640-a yüksəlib. 


Missiya.Az xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.


İsrail əsgərlərinin son 24 saatda 30 fələstinlini nəzarətə götürdüyü bildirilib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 8-05-2024, 16:41