AZ   |   RU
“Ukraynaya dəyən hər güllə Afrika ölkələrinin cibinə dəyib” – Qana Prezidenti

“Rusiya-Ukrayna müharibəsini birbaşa Afrikada hiss edirik”


Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Qana prezidenti Akufo-Addo Nyu Yorkda dünya liderlərini bir araya gətirən ən böyük diplomatiya forumu olan BMT-nin 77-ci Baş Assambleyasının iclaslarında çıxışı zamanı deyib. 
 
Qana prezidenti bildirib ki, Afrika qitəsində artan terror hadisələri səbəbindən, xüsusilə də Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) təhlükəsizlik üçün böyük məbləğdə pul xərcləmək məcburiyyətində qalıb.
 
"Bu pul gənclərimizin maarifləndirilməsinə, onlara bacarıqların qazandırılmasına xərclənə bilər. Həmçinin bu pullardan ölkəmizdə yollar, körpülər, xəstəxanalar və bu kimi infrastrukturlar tikmək üçün istifadə edə bilərik”. 
 
 
Akufo-Addo vurğulayıb ki, Afrika qitəsində təhlükəsizlik problemləri qlobal xarakter daşıyır və qlobal həlli üçün dünya ictimaiyyətinin diqqəti vacibdir. Rusiya ilə Ukrayna arasındakı müharibə Qana da daxil olmaqla Afrika ölkələrinin iqtisadiyyatına təsir edib. Müharibənin Qana və digər Afrika ölkələrinin Kovid_19 epidemiyasından qurtulmağa çalışdığı bir vaxtda baş verdiyini ifadə edən Akufo-Addo, "Biz iqtisadi çətinliklərlə mübarizə apararkən, bu müharibə vəziyyəti daha da pisləşdirdi. Biz Rusiya-Ukrayna müharibəsini birbaşa Afrikada hiss edirik”.
 
Akufo-Addo bəyan edib ki, Ukraynaya dəyən hər güllə Afrika ölkələrinin cibinə dəyib.
 
Nəriman Sultanoğlu
Missiya.Az

  • 22-09-2022, 10:45