AZ   |   RU
Rusiyanın Ukraynadakı itkilərinin sayı açıqlanıb

“Ukraynada Rusiya ordusunun daha 300 hərbçisi məhv edilib”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 49 800-ü ötüb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 068 tank, 4 459 zirehli döyüş maşını, 1 157 artilleriya sistemi, 294 reaktiv yaylım atəşi sistemi, 156 hava hücumundan müdafiə sistemi, 236 təyyarə, 206 helikopter, 867 PUA, 205 qanadlı raket, 15 gəmi, 3 286 avtomobil texnikası və avtosistern, 107 xüsusi texnikadan ibarətdir.


  • 5-09-2022, 10:04