AZ   |   RU
Kiyevin İnzibati Məhkəməsi Yanukoviçin iddiasına baxmayıb
 
Kiyevin İnzibati Məhkəməsi keçmiş prezident Viktor Yanukoviçin iddiasına baxmayıb.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə məhkəmədən bildirilib.

Viktor Yanukoviç iddiasında Ali Radanın onun Prezidentlikdən kənarlaşdırılmasına və Ukrayna prezidentliyinə növbədənkənar seçkilərin təyin edilməsinə dair 22 fevral 2014-cü il tarixli qərarı etibarsız hesab etməyi tələb edirdi.

Qeyd edək ki, aprelin 20-də məhkəmə Ali Radanın prosesə xitam verilməsi və işin Ali Məhkəmənin yurisdiksiyasına verilməsi ilə bağlı vəsatətlərini təmin etməkdən imtina edib.

  • 14-05-2022, 18:42