AZ   |   RU
Almaniyanın xarici işlər naziri Ukraynaya səfər edib

Almaniyanın xarici işlər naziri Annalena Baerbok gözlənilmədən Ukraynaya səfər edib.

Missiya.Az
BBC News-a istinadən xəbər verir ki, Baerbok Buça şəhərində yerli sakinlərlə görüşüb. 

Qeyd edək ki, Buça şəhəri bir ay ərzində Rusiyanın nəzarəti altında olub. Həmin müddət ərzində şəhərdə yüzlərlə ukraynalı öldürülüb.

Buça şəhəri azad edildikdən sonra kilsədə kütləvi məzarlığın aşkarlanmasına baxmayaraq, Moskva bölgədə hər hansı cinayətin törədildiyini inkar edir.

Daşqın Həsənov 
Missiya.Az 


  • 10-05-2022, 15:47