AZ   |   RU
Rusiya Ukraynada dəmir yolu vağzalına raket zərbələri endirdi – çox sayda ölən və yaralanan var
 
Kramatorsk dəmir yolu vağzalı raket zərbələrinə məruz qalıb. İlkin olaraq vağzala “Toçka - U” raketinin atıldığı bildirilir. Hadisə yerində olan polis və xilasedicilər onlarla ölü və yaralı olduğunu bildirir. Məlumata görə,   30 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Missiya.Az
UNİAN-a istinadən xəbər verir ki, bu barədə “ Ukrzaliznitsa” ASC-nin İdarə Heyətinin sədri Aleksandr Kamışin məlumat verib.

"Kramatorsk dəmir yolu stansiyasına 2 raket düşüb. Qurbanlar var", - deyə, o bildirib.

“Bu, dəmir yolunun sərnişin infrastrukturuna və Kramatorsk şəhərinin sakinlərinə məqsədyönlü zərbədir.
 
Bu arada Donetsk Vilayət Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib ki, işğalçılar stansiyanı İskəndər raketi ilə vurublar. 
Raket zərbəsi zamanı stansiyada minlərlə insan olub, çünki Donbass sakinləri təhlükəsiz ərazilərə köçürülür.

"Rasistlər  nə istədiklərini yaxşı bilirdilər: çaxnaşma və qorxu yaratmaq,  mümkün qədər çox mülki vətəndaşı girov götürmək istəyirlər. Rusiya Federasiyası canavarlar və cinayətkarlar ölkəsidir. Şərə son qoymaq lazımdır! "- deyə o əlavə edib.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Donetsk VA-nın rəhbəri Pavel Kirilenko bu yaxınlarda bütün mülki şəxsləri Donetsk vilayətinin ərazisini tərk etməyə çağırıb. Həmçinin, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk yenidən əhaliyə müraciət edərək, bir anda üç rayonun - Xarkov, Luqansk və Donetskin bir hissəsinin əhalisini  təxliyə etməyə çağırıb.

Qeyd edək ki, Rusiya Mudafiə Nazirliyi   baş vermiş raket hücumu ilə bağlı rəsmi açıqlamasında Ukrayna tərəfini təxribat törətməkdə və həqiqətə uyğun olmayan məlumatı yaymaqda ittiham edib. 
 
“Rusiya silahlı qüvvələrinin Kramatorsk şəhərində heç bir hərbi missiyası yoxdur. Qalıqları Kramatorsk dəmir yolu stansiyası yaxınlığında aşkarlanan “Toçka-U” taktiki raketindən yalnız Ukrayna silahlı qüvvələri istifadə edir. Belə ki, bu ilin  martın 14-də Ukrayna hərbi qüvvələrinin 19-cu raket briqadası məhz bu raketlə 17 nəfərin ölümü. 36 nəfər mülki şəxsin yaralanması ilə nəticələnən Donetskin mərkəzinə zərbə endirmişdi.” – deyə məlumatda bildirilir.




  • 8-04-2022, 13:00