AZ   |   RU
Paşinyan İlham Əliyev və Vladimir Putinlə görüşdən niyə imtina edib? - Sərhəd gərginliyinin detalları

Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginlik erməni cəmiyyətində ciddi çalxalanmalara səbəb olub. “Hraparak” nəşri yazır ki, Müdafiə Nazirliyi döyüşlər zamanı 1 hərbçinin öldüyünü, 24 itkinin və 13 əsirin olduğunu elan etsə də, ölənlərin həqiqi sayı gizlədilir. 

Sitat: “Nikol Paşinyana yaxın media 10 nəfərin öldüyünü elan edib. Həmçinin Ermənistan Parlamentinin Xarici İşlər Komitəsinin sədri Eduard Ağacanyan “Azatutyun” radiosunun efirində 15 nəfər qurbanın olduğunu bildirib. Amma reallıq oldur ki, öldürülənlərin sayı çoxdur. Sadəcə hakimiyyət aranın sakitləşməsini gözləyir. Bir müddət sonra həqiqi rəqəmlər ortaya çıxacaq”, - sitatın sonu.
 
Nəşr baş nazir Nikol Paşinyanın “Zəngəzur dəhlizi” ilə bağlı ziddiyyətli fikirlərinə də toxunub. Müəllif yazır ki, sərhəd gərginliyinin kökündə də dəhlizin açılması dayanır. 


Sitat: “Ötən həftə baş nazir Nikol Paşinyan “Zəngəzur dəhlizi” mövzusunun bağlandığını açıqlasa da, proseslər və qarşı tərəfin bəyanatlarından aydın olur ki, sərhəddəki son hərbi gərginliklərin kökündə dəhliz məsələsi dayanır. Əsas gərginlik Sisian-Cermuk istiqamətində baş verib. Qarşı tərəf müəyyən ərazilərdə irəliləyib. Gərginlik 16 noyabrda daha geniş miqyas alıb və hərbi əməliyyatlar səviyyəsinə çatıb. Ermənistan tərəfinin qeyri-rəsmi məlumatlarına görə, onlarla hərbçi öldürülüb, əsir və yaralılar var. Eduard Ağacanyan isə 41 kvadrat kilometr ərazinin Azərbaycanın nəzarətində olduğunu bildirib”, - sitatın sonu.  

Nəşr yazır ki, noyabrın 17-də, axşam saatlarından Rusiyanın vasitəçiliyi ilə gərginlik səngiyib və nisbi sakitlikdir amma Ermənistan tərəfi həm insan, həm də ərazi itkiləri ilə bağlı susur. Müəllif gərginliyin hansı razılaşmadan sonra səngidiyinin məlum olmadığını yazır. Amma qeyri-rəsmi məlumatlarda gərginliyin hər hansı sənədin imzalanması ilə bağlı olduğu qeyd edilir. 

Missiya.Az xəbər verir ki, saytın iddiasına görə, əvvəlcə Paşinyan Moskvaya gedib üçtərəfli sənədə imza atmağa razı olub. 

Sitat: “Amma görüşdən əvvəl Ermənistanın müxalif dairələri fəallaşdı, “Hayastan” bloku müqavimət hərəkatı quracağını, ikinci kapitulyasiya sənədini ləğv etmək niyyətində olduğunu bəyan etdi. Ölkə daxilində vəziyyətin gərginləşə biləcəyini hiss edən Paşinyan, Moskvaya getmədi və heç bir sənədə imza atmadı”, - sitatın sonu. 

Nəşr yazır ki, Paşinyan sadəcə Moskvaya getməkdən imtina edib, sənədi imzalamağı təxirə salıb, sərhəd gərginliyindən sonra baş nazir sənədləri imzalamağa razılıq verib. 

“Sənədlərin imzalanması baş tutacaq və demarkasiya prosesi başlayacaq. Qarabağda müharibə başlayanda da Paşinyana müharibənin dayandırılması ilə bağlı bir sıra təkliflər verilmişdi. Amma o, “satqın” adlandırılmaması, hakimiyyəti itirməməsi üçün təkliflərlə razılaşmamışdı. İndi isə Paşinyan Zəngəzurda da erməni əsgərləri qurbana çevirir...”. 

Elvin
Missiya.Az


  • 18-11-2021, 15:55