AZ   |   RU
"Avrasiya İqtisadi Birliyi üzrə əməkdaşlığın inkişafı prioritetlərimizdəndir" - Əli Əsədov

 

Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasət prioritetlərindən biridir.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.

O qeyd edib ki, iqtisadi-ticari əlaqələr qarşılıqlı münasibətlərin əsas vektorudur.

“Ötən ilin yekunlarına görə, Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə əmtəə dövriyyəsi 31 % artaraq 4,7 milyard ABŞ dolları təşkil edib. Azərbaycanın xarici ticarət dövriyyəsində Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin payı təqribən 9 % təşkil edib. Cari ilin yanvar-aprel aylarında əmtəə dövriyyəsinin artımı 38 %-ə bərabər olub”, - deyə hökumət başçısı əlavə edib.



  • 8-06-2023, 17:22