AZ   |   RU
"Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi" - Prezident

 

Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu.

Missiya.Az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edərkən deyib.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif istiqamətlər üzrə uğurla inkişaf etdiyini bildirib.

Əməkdaşlığımızın genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən Azərbaycan Prezidenti Əhməd Əs-Səfadinin ölkəmizə səfərinin parlamentlərarası əlaqələrin genişlənməsi işinə töhfə verəcəyinə və münasibətlərimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini ifadə edib.



  • 16-05-2023, 17:10