AZ   |   RU
Azərbaycan Ermənistan PUA-larını hədəfə çatmadan zərərsizləşdirib - FOTO



Mayın 11-i və 12-də Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonundakı bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki bir neçə mövqeyinə qarşı müxtəlif istiqamətlərdən zərbə PUA-ları tətbiq edilib.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən hava hədəfləri vaxtında aşkar edilib və radioelektron mübarizə vasitələrinin tətbiqi nəticəsində onlar hədəfə çatmadan zərərsizləşdirilib.

Təqdim olunan foto materiallarda zərbə PUA-larının qalıqları əks olunur.




  • 12-05-2023, 22:05