AZ   |   RU
Ermənistan ordusunun daha bir əsgəri “dedovşina”nın qurbanı olub

Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında yerlibazlıq, “dedovşina” və digər nizamnamədən kənar münasibətlər zəminində baş verən cinayətlər səngimək bilmir.

Bu ölkə KİV-lərində yayılan məlumatlarda Ermənistanın Kirovakan rayonundan həqiqi hərbi xidmətə çağırılan hərbi qulluqçu Martin Saakyanın “dedovşina”nın növbəti qurbanı olduğu bildirilir. Belə ki, M.Saakyan daha çox xidmət etmiş əsgərlərin göstərişini yerinə yetirməkdən imtina etdiyi üçün vəhşicəsinə döyülüb.

O, təhqirlərə yenidən məruz qalmaqdan qorxduğu üçün şikayət etməyib. M.Saakyan ciddi xəsarətlər almasına baxmayaraq, tibb müəssisəsinə yerləşdirilməyib. Fakt hüquq-mühafizə orqanlarından gizlədilib.


  • 6-06-2021, 18:37