AZ   |   RU
Əfqanıstanda mətbuat konfransı zamanı 2 jurnalist öldürüldü

Əfqanıstanın “Əfqanıstanın səsi” informasiya agentliyinin binasında partlayış törədilib.

Missiya. Az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış binada mətbuat konfransı keçirilən zaman baş verib.


Nəticədə 2 jurnalist ölüb, 32 nəfər isə yaralanıb.

Əfqanıstanın təhlükəsizlik nümayəndələri partlayışın terror aktı olduğunu bildiriblər.

Hazırda araşdırma aparılır.



  • 11-03-2023, 23:42