AZ   |   RU
20 Yanvarda dini şüarlar səsləndirənlər saxlanılıblar

20 Yanvar faciəsinin ildönümündə Şəhidlər xiyabanında dini şüarlar səsləndirən şəxslər saxlanılıblar.

Missiya. Az
xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
“20 Yanvarda dini şüar səsləndirən şəxslərin hər biri müəyyən olunub. Həmin şəxslərdən beşi barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib”, - deyə o qeyd edib.
DİN-in rəsmisi əlavə edib ki, Məhkəmə qərarı ilə onlar barəsində müxtəlif müddətlərdə inzibati həbs tənbeh tədbiri tətbiq edilib:

“Digərləri barədə araşdırmalar davam etdirilir”.

  • 21-01-2023, 17:02