AZ   |   RU
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir:
"İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm.

Allah rəhmət eləsin".

  • 14-11-2022, 08:52