AZ   |   RU
Paşinyan və Mişustin Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyanla rusiyalı həmkarı Mixail Mişustin arasında görüş keçirilib. 


Missiya.Az NEWS.am-a istinadən xəbər verir ki, görüş Rusiya Federasiyasının Altay Respublikasında keçirilən Təbiət və Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.


 Görüş zamanı tərəflər Ermənistan-Rusiya münasibətlərinin hazırkı vəziyyətini müzakirə ediblər. 


Bildirilib ki, ikitərəfli əməkdaşlığın gündəliyi, Aİİ çərçivəsində qarşılıqlı fəaliyyət, eləcə də maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



Nurlana Əhmədova
Missiya.Az



  • 24-07-2025, 15:07