AZ   |   RU
Tramp Avropa haqqında sərt danışıb - “Onlar pulu üç il əvvəl ödəməliydilər”

“Avropa ölkələri üç il əvvəl Amerikanın Ukraynaya silah tədarükünün pulunu ödəməli idilər, lakin indi öz öhdəliklərini yerinə yetirməyə başlayıblar”.


Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.


"Avropa ölkələri bu pulu bizim müdafiə şirkətlərimizə xərcləyəcəklər. Biz isə onlara silah göndərəcəyik və onlar da bizim göndərdiyimiz texnikanı paylayacaqlar. Açığı, bu, üç il əvvəl baş verməli idi", - deyə siyasətçi vurğulayıb.


Trampın sözlərinə görə, tədarükün böyük hissəsi Ukraynaya dəstək üçün yönəldiləcək.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:35