AZ   |   RU
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1050 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 46 min 270 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 5 tank, 24 artilleriya sistemi və 10 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:02