AZ   |   RU
Türkiyə ilə Fələstin arasında imzalanan beynəlxalq müqavilə "Resmi Gazete"də dərc edildi

Türkiyə ilə Fələstin arasında imzalanan beynəlxalq müqavilə Prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə "Resmi Gazete"də dərc olunub.



Missiya.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.



Belə ki, 24 may 2022-ci il tarixində Ramallahda imzalanmış “Türkiyə Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında Milli Sürücülük vəsiqələrinin Qarşılıqlı Tanınması və Mübadiləsi haqqında Sazişin Təsdiq edilməsi haqqında Qərar” təsdiq edilərək "Resmi Gazete"də dərc edilib.


Müqaviləyə əsasən, iki ölkə öz sərhədləri daxilində yaşamaq icazəsi olan digər tərəf ölkələrin vətəndaşları üçün milli qanunvericiliyə uyğun olaraq səlahiyyətli orqanlar tərəfindən verilmiş etibarlı, müvəqqəti olmayan sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyacaq.


Sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün müraciət edənlər tərəf ölkələrin səlahiyyətli orqanları tərəfindən keçirilən praktiki və nəzəri imtahanlardan azad olunacaqlar. Sürücülük vəsiqələri hər iki ölkənin daxili qanunvericiliyinə uyğun olacaq.



Zərintac Mayisqızı 
Missiya.Az 






  • Dünən, 09:47