AZ   |   RU
Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb



Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 970 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilib ki, bununla da müharibədə ölən Rusiya hərbçilərinin sayı 1 milyon 45 min 220 nəfərə çatıb.


Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 3 tank, 42 artilleriya sistemi və 2 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az




  • Bu gün, 10:07