AZ   |   RU
“Biz müharibə istəmirik” - İran Prezidenti



“İran müharibə istəmir, ancaq atəşkəsə da etibar etmir və hər cür hücuma cavab verəcək”.


Missiya.Az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezışkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.


“Müharibə istəmirik, ancaq atəşkəsə də arxalanmırıq. İran təslim olmayıb və olmayacaq, bu, hamıya aydındır. Biz diplomatiyaya və dialoqa inanırıq”, – deyə siyasətçi vurğulayıb.


Pezeşkian İsrailin İranın raket hücumlarının nəticələrini gizlətməyə çalışdığını bildirib.


O əlavə edib ki, bölgə ölkələri heç vaxt İrana qarşı son müharibədəki kimi dəstəkləyici mövqe göstərməyiblər.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:46