AZ   |   RU
Bakıda “Türk irsi dünya səhnəsində” mövzusunda dəyirmi masa keçirilib

Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Milli Konservatoriyası ilə birgə “Türk irsi dünya səhnəsində” mövzusunda dəyirmi masa keçirib.


Missiya.Az xəbər verir ki, tədbir 1925-ci ildə Fransanın Paris şəhərində təşkil olunmuş Ümumdünya Müasir Dekorativ və Sənaye Sənətləri Beynəlxalq Sərgisində (fr. Exposition internationale des arts decoratifs et industriels modernes) türk xalqlarının görkəmli mədəniyyət xadimlərinin şanlı çıxışının 100 illiyinə həsr olunub.


Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Milli Konservatoriyasının rektoru Kamilə Dadaş-zadənin, Qazax Milli Xoreoqrafiya Akademiyasının rektoru Bibigül Nusibcanova və başqaları tədbirdə çıxış ediblər.



Aktotı Raimkulova bildirib ki, tədbirin əsas məqsədi bu hadisənin tarixi əhəmiyyətini işıqlandırmaq, türk mədəniyyətinin və türk xalqlarının peşəkar ifaçılıq məktəblərinin böyüklüyünü nümayiş etdirməkdir. Eyni zamanda, dəyirmi masa mədəni irsin qorunması sahəsində elmi dialoq, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma yaradacaq.


Digər çıxış edənlər qeyd ediblər ki, dəyirmi masa mədəni irsin qorunması sahəsində elmi dialoq, təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma yaradacaq.



Tədbir iştirakçıları XX əsr incəsənətinin inkişafında türk mədəniyyətinin təsiri və bu gün üçün aktuallığı müzakirə ediblər.



İlahə Qənbərli
Missiya.Az




  • Dünən, 17:03