AZ   |   RU
Qəzzada İsrail ordusunun daha yeddi hərbçisi öldürülüb

Qəzza zolağının cənubundakı döyüşlər zamanı zirehli maşının partlayıcı qurğu ilə vurulması nəticəsində yeddi İsrail hərbçisi həlak olub.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.


Bildirilib ki, öldürülən hərbçilər Matan Şai Yaşinovski, Ronel Ben-Moşe, Niv Radia, Ronen Şapiro, Şahar Manoav, Maayan Baruç Pearlsteindir.


Qeyd olunub ki, yeddinci əsgərin adının yaxın saatlarda açıqlanacağı gözlənilir.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:21