AZ   |   RU
“Ukrayna yaranan reallıqları qəbul etməli olacaq” - Peskov

“Ukrayna yaranan reallıqları anlamalı və qəbul etməli olacaq. Kiyev bunu hələ tam başa düşmür”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu sözlöri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


"Ukrayna, şübhəsiz ki, üç il əvvəlki vəziyyətlə müqayisədə vəziyyətin dəyişdiyini anlamalı olacaq. Ukrayna reallıqları dərk etməli və bu reallıqları qəbul etməli olacaq", - deyə siyasətçi vurğulayıb.


Peskov, Ukrayna ilə danışıqlarda iştirak edənlərin işinin davam edəcəyinə və tərəflər arasında danışıqların üçüncü raundunun baş tutacağına ümid etdiyini bildirib:


"Yəqin ki, onlar bizim təhvil verdiyimiz memorandumun mətnini diqqətlə oxuyublar. Bu, əslində bütün yeni reallıqları ehtiva edir", - deyə siyasətçi əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:17