AZ   |   RU
Kahramanmaraşda Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək

 

Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan Mədəniyyət Mərkəzi təsis ediləcək.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bunu Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin sədri Fırat Görgel bildirib.

Onun sözlərinə görə, bu gün burada 250 min mənzilli yaşayış massivinin açılışı həyata keçirilir:

“Biz Kahramanmaraşı yenidən inşa edirik. Türkiyə Prezidentinin dəstəyi ilə ölkəmizdəki ən böyük infrastruktur Kahramanmaraşda təsis edilib. Bu günə qədər 7 milyard Türkiyə lirəsi dəyərində infrastruktur həyata keçirilib. Burada Azərbaycanla birlikdə Mədəniyyət Mərkəzi də təsis ediləcək”.




  • Bu gün, 16:09