
İnternetdə saxta rəylərin çoxluğu ilə bağlı artan araşdırma axınına baxmayaraq, insanlar çox vaxt onlayn platformalarda cavablarda oxuduqlarına inanırlar. Lakin bəzən fikirlər reallıqla uyğunlaşmır.
Bütün bunların niyə baş verdiyini bir neçə Amerika universitetinin biznes ekspertləri elmi nöqteyi-nəzərdən izah ediblər. Tədqiqatçılar istehlakçıların hansı rəylərin etibarlı, hansının inandırıcı olmadığını mühakimə edən psixoloji mexanizmlərə baxıblar.
Bildirilib ki, istehlakçılar manipulyasiyanın əsas hədəfidir. Ona görə bir sıra təcrübələr aparılıb. İştirakçılara onlayn rəylərdən seçimlər verilib və onlardan hansının real, hansının saxta olduğunu müəyyənləşdirmək istənilib. Hətta subyektlərə rəylərin yarısının saxta olduğu əvvəlcədən bildirilsə də, lakin istehlakçılar həmin rəylərin əksəriyyətinin doğru olduğunu düşünüblər. Məsələn, bir eksperimentdə respondentlərdən 20 restoran rəyinin etibarlılığını qiymətləndirmələri xahiş edilib və 10-un saxta olduğu söylənilib. İştirakçıların onları daha asan çeşidləyə bilməsi üçün bütün rəylər eyni vaxtda ekranda nümayiş etdirilib. Sonda, orta hesabla, 11-dən bir qədər çox rəy düzgün sayılıb. Təcrübənin nəticələri amerikalı psixoloqların “həqiqət qərəzliyi” adlandırdıqları effekti aydın şəkildə göstərib.
Alimlər həmçinin müxtəlif onlayn platformalardan əldə edilən məlumatlarla mənfi rəylərin müsbət rəylərdən daha çox uydurma olduğunu ortaya çıxarıblar. Belə qənaətə gəlinib ki, iştirakçılar yaxşı rəylərdən daha çox pis rəylərə güvənirlər.
Zərintac Mayisqızı
Missiya.Az