AZ   |   RU
Ukrayna səfiri Milli Məclisin vitse-spikeri ilə parlamentlərarası əməkdaşlığı müzakirə edib

 

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycan parlamentinin vitse-spikeri Rafael Hüseynov və Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə səfir “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz strateji tərəfdaşlığımızı dərinləşdirir və parlamentlərarası əlaqələri möhkəmləndiririk", - o yazıb.




  • Dünən, 17:08