AZ   |   RU
"Ermənistan “3+3” formatında nazirlərin növbəti görüşünü keçirməyə hazırdır"

Ermənistan hələ 2024-cü ildə elan edilmiş “3+3” formatında nazirlərin növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu təsdiqləyib.

Missiya.Az 
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında Cənubi Qafqaz məsələləri üzrə “3+3” formatında üçüncü görüşün hazırlıq mərhələsində olduğunu qeyd edib. Onun sözlərinə görə, Moskva növbəti görüşlərin Bakıda və İrəvanda keçirilməsini təklif edir.




Zərintac Mayisqızı
Missiya.Az




  • 27-05-2025, 09:48