AZ   |   RU
Vyetnamda "Telegram" platformasına girişi bloklamaq qərarı verilib


Vyetnamın İnformasiya Texnologiyaları Nazirliyi cinayətlərin araşdırılmasında şirkətin səlahiyyətlilərlə əməkdaşlıqdan imtina etməsi səbəbindən telekommunikasiya provayderlərinə 2025-ci il iyunun 2-dək "Telegram" platformasına girişi bloklamağı əmr edib.

Missiya.Az 
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.


Vyetnam polisinin məlumatına görə, 9600 yerli "Telegram" kanalı və qruplarının təxminən 68 faizi qanunsuz fəaliyyətlərlə, o cümlədən fırıldaqçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi və terrorizmlə əlaqəsi şübhəli bilinən fəaliyyətlərlə bağlıdır. Qərar həmin platformanın rəhbərliyinin cinayət işləri üzrə müstəntiqlərin sorğularına cavab olaraq istifadəçi məlumatlarını verməkdən imtina etdikdən sonra verilib.

"Telegram" və Vyetnam Nazirliyinin nümayəndələri hələlik vəziyyəti şərh etməyiblər.




Zərintac Mayisqızı
Missiya.Az




  • 26-05-2025, 14:46