AZ   |   RU
Milli Məclis Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsisini qəbul edib

Parlament Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalının təsis edilməsini təsdiqləyib.

Missiya.Az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Layihəyə əsasən yubiley medalı ilə Məhkəmə-Hüquq Şurasının üzvləri və üzvü olmuş şəxslər, öz vəzifələrini nümunəvi yerinə yetirən, qüsursuz fəaliyyəti ilə fərqlənən hakimlər, Məhkəmə-Hüquq Şurasının aparatında və məhkəmələrin aparatlarında qulluq keçən dövlət qulluqçuları, məhkəmə sisteminin inkişafına töhfə vermiş və məhkəmə orqanları ilə səmərəli əməkdaşlıq edən digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif ediləcəklər.

Layihə müzakirələrin sonunda səsverməyə qoyularaq qəbul edilib.




  • Bu gün, 12:08