AZ   |   RU
MM Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib

 

Milli Məclis Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında imzalanan aviasiya memorandumunu təsdiq edib.

Missiya.Az xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu”nun təsdiqi haqqında qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.




  • Bu gün, 12:06