AZ   |   RU
Zelenski İstanbuldakı danışıqlardan sonra hara səfər edəcəyini açıqlayıb

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfərindən sonra Albaniyaya, ardınca isə İtaliyaya səfər etməyi planlaşdırır. 


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Ukrayna lideri məlumat yayıb.


O bildirib ki, Albaniyaya səfəri zamanı avropalı siyasətçilərlə görüşəcək. Bundan sonra o, Romaya gedə və yeni Papa XIV Leo-nun inaqurasiya mərasimində iştirak edə bilər.


"Düşünürəm ki, bu, mayın 18-də baş verə bilər. Əgər hər şey yoluna düşsə. Bu həftənin nə gətirəcəyini bilmirik. Biz o yerə gəlmişik ki, sabahın nə gətirəcəyini bilmirik", - deyə Zelenski vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:28