AZ   |   RU
Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, toplantıda əsas müzakirə mövzusu “terrordan azad Türkiyə” olacaq. 


Bildirilib ki, iclasda həmçinin PKK-nın tərksilah qərarından sonra izlənəcək yol xəritəsi də müzakirə olunacaq.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:46