AZ   |   RU
Hindistanda helikopter qəzaya uğrayıb - 5 nəfər ölüb

Hindistanın Uttarxand əyalətində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Missiya.Az 
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı 2 nəfər yaralanıb.

Uttarxandın Baş naziri Puşkar Sinq Dhami qeyd edib ki, qəza xüsusi məqsədlər üçün istifadə edilən yeddi nəfərlik helikopterin Qanqotriyə getdiyi vaxt baş verib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 10:10