AZ   |   RU
Vuçiçin təyyarəsi Bakıya məcburi eniş edib


Moskvaya səfərə yollanan Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Serbiyanın “Telegraf.rs” portalı yayıb. 

Bildirilib ki, təyyarə hazırda Rusiya səmasında hava hücumundan müdafiə sistemlərinin aktiv fəaliyyətinə və təhlükəsizliklə bağlı risklərə görə Moskvaya yollana bilməyib. 

Xatırladaq ki, Vuçiçin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü və Qələbə Günü ilə bağlı paradda iştirakı gözlənilir.

Onu da qeyd edək ki, bu gün Moskvanın bir neçə hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər qoyulub. 



  • Dünən, 16:26