AZ   |   RU
TAİB-in ofisində Heydər Əliyevin 102 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

 
Türk Ağsaqqalları İctimai Birliyi-TAİB-in mərkəzi ofisində Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə birliyin üzvləri, Tatar icmasının nümayəndələri, Qazaxıstandan olan qonaqlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. 


Missiya.Az xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca ümummilli lider Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub. 


Tədbirdə çıxış edən TAİB sədri Südeyif İmamverdiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu, müstəqilliyimizin bərpası və ölkəmizin dünya miqyasında tanınmasında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxarıb. Məhz bugünkü müstəqil, qüdrətli və güclü Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. 


Digər çıxış edənlər bildiriblər ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurlu şəkildə davam etdirilir və yeni-yeni nailiyyətlərə imza atılır. Bu baxımdan Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və uzaqgörənliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbəmiz Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Azərbaycan dünyada qalib, azad, güclü və prinsipial ölkə kimi tanınıb. 


Tədbir Tatarıstan və Rus icması mədəniyyət mərkəzlərinin nümayəndələrinin təqdim etdiyi bədii-musiqili proqramla davam edib. Bədii hissədə həmçinin Sənət Akademiyasının tələbəsi, istedadlı gənc ifaçı Davud Nəsirli də çıxış edib.



Nurlana Əhmədova
Missiya.Az




  • Dünən, 11:57