AZ   |   RU
Bu gün yeni Roma Papası seçiləcək

Dünyanın hər yerindən 130-dan çox kardinal Vatikanda toplaşıb və bu gün yeni Papanın seçilməsi prosesinə başlayacaq.


Missiya.Az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.


Bildirilib ki, müqəddəs Pyotr Bazilikasında səhər ayinindən sonra kardinallar günortadan sonra seçdikləri namizədə səs vermək üçün Sikstin kapellasına gedəcəklər. Katedralə daxil olduqdan sonra kardinalların yeni Papa seçilənə qədər xarici dünya ilə əlaqəsi olmayacaq.


Məlumata görə, hamı Sikstin kapellasının bacasından çıxan tüstünü gözləyərək donub qalacaq. Qara tüstü Papanın hələ seçilmədiyini və ertəsi gün daha bir səsvermənin olacağını, bacadan ağ tüstü çıxsa, Katolik Kilsəsinin yeni rəhbərinin olduğu anlamına gələcək.


Qeyd olunub  ki, bununla da kardinallar 267-ci Papa seçəcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 10:22