AZ   |   RU
Hindistanın Pakistana endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı artıb

Hindistanın Pakistanda mülki infrastruktura endirdiyi raket zərbələri nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.


Onun sözlərinə görə, Hindistanın hərbi təcavüzü nəticəsində 35 nəfər yaralanıb.


General əlavə edib ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanda altı hədəfə 24 zərbə endirib.



  • Dünən, 08:36