AZ   |   RU
DOST RİM növbəti dəfə beynəlxalq müsabiqənin qalibi seçilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Sinqapurun “World Business Outlook” onlayn jurnalının təşkil etdiyi müsabiqədə 2025-ci il üçün “Avropanın ən yaxşı rəqəmsal mərkəzi” mükafatına layiq görülüb. 



DOST RİM müxtəlif ölkələrin aparıcı qurumları, həmçinin qlobal şirkətlərin iştirak etdiyi müsabiqədə qaliblər siyahısında yer alıb. 


“World Business Outlook” jurnalı tərəfindən hər il keçirilən bu müsabiqə biznes və maliyyə sahəsində üstün performans, innovasiya və mükəmməlliyi ilə seçilən təşkilatları və fərdləri mükafatlandırır.

https://worldbusinessoutlook.com/award-winners-2025/




  • Dünən, 14:28