AZ   |   RU
Tesla İlon Mask ilə yollarını ayırır?

Amerikalı iş adamı İlon Maskın baş direktoru olduğu Tesla şirkəti ilə yollarını ayıracağı iddia edilir.

Missiya.Az
xəbər verir ki, həmin iddialar Amerikanın CNBC kanalında yayılıb.


Belə ki, Tesla rəhbərliyinin Maskın yerinə gələcək adı müəyyən etmək üçün bəzi icraçı işə götürmə firmaları ilə əlaqə saxladığı  deyilib. Xəbərdən sonra, Tesla səhmləri "Robinhood" platformasında bir gecəlik ticarətdə 3 faizə qədər itirib, elə qısa zamanda zərər bərpa edilib.


Lakin şirkət məlumatları yalanlayıb. İlon Maskın işlərinə güvəndiklərini bildiriblər.




Zərintac  Mayisqızı
Missiya.Az




  • Dünən, 10:28