AZ   |   RU
İran limanındakı partlayışlarda yaralananların sayı 1200-ü keçdi

İranın Bəndar Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayışda yaralananların sayı 1242 nəfərə çatıb.


Missiya.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Müctəba Xalidi açıqlayıb. 


O bildirib ki, İran rəsmiləri, fövqəladə hallar xidmətləri, səhiyyə departamentləri faciə qurbanlarına və onların ailələrinə lazımi qayğı göstərilməsini və təsirə məruz qalan obyektlərin təhlükəsizliyini və reabilitasiyasını təmin etməyə çalışır. Partlayışın səbəbini müəyyən etmək üçün isə araşdırma davam etdirilir. 


Xatırladaq ki, aprelin 26-da Bəndər Abbas şəhərinin Şəhid Rəcai limanında güclü partlayış baş verib.


Nurlana Əhmədova
Missiya.Az





  • Bu gün, 09:55