AZ   |   RU
“Ukrayna öz ərazilərinin bir hissəsindən imtina etməli ola bilər” - Kliçko

“Ukrayna sülhə nail olmaq üçün öz ərazilərinin bir hissəsindən imtina etməli ola bilər”.


Missiya.Az xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko “BBC”yə müsahibəsində deyib.


"Ssenarilərdən biri ərazilərdən imtina etməkdir. Bu ədalətsizlikdir. Amma müvəqqəti sülh naminə, bəlkə bu, müvəqqəti bir həll yolu ola bilər", - deyə o vurğulayıb.


Kliçko bildirib ki, Ukrayna xalqı işğalla heç vaxt barışmayacaq.


Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski sülhə nail olmaq üçün ağrılı qərar qəbul etməyə məcbur ola bilər.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:18