AZ   |   RU
Ceyhun Bayramovla Kaya Kallas arasında geniştərkibli görüş başlayıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas arasında geniştərkibli görüş başlayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə Azərbaycan - Avropa İttifaqı münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən enerji, ticarət, nəqliyyat və yaşıl keçid kimi əməkdaşlıq sahələri, həmçinin Azərbaycanın regional əlaqələr və təmiz enerji təchizatına verdiyi töhfələr müzakirə olunub.

Eyni zamanda postmünaqişə dövrü daxil olmaqla regional təhlükəsizlik məsələləri də görüş zamanı diqqət mərkəzində olub.

C.Bayramov sülh sazişi ilə bağlı rəsmi Bakının uzunmüddətli və prinsipial mövqeyini bir daha vurğulayaraq qeyd edib ki, Ermənistanın konstitusiyasına dəyişiklik edilərək Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların aradan qaldırılması sülh sazişinin imzalanması üçün əsas şərtdir.




  • Bu gün, 13:19