
“Aprelin 24-də biz 20-ci əsrin ən dəhşətli fəlakətlərində əziyyət çəkən görkəmli insanların xatirəsini ehtiramla yad edirik”.
Missiya.Az xəbər ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O bildirib ki, bu anım günündə biz bir daha Amerikada və dünyanın müxtəlif yerlərində yaşayan geniş erməni icmasına qoşularaq, çoxlu sayda həlak olanlar üçün yas tuturuq.
“Hər il aprelin 24-də biz Amerika və erməni xalqları arasında möhkəm və davamlı əlaqələri xatırlayırıq. Biz 1915-ci ildə əsası qoyulmuş qabaqcıl təşkilat olan Erməni və Suriyaya Yardım üzrə Amerika Komitəsi ilə fəxr edirik. Erməni qaçqınlarına mühüm humanitar dəstək verən və evlərindən qovulmuş ermənilərə yardım edən və ya könüllü olaraq iştirak edən minlərlə amerikalıya minnətdardırlar”, - deyə siyasətçi vurğulayıb.
Tramp qeyd edib ki, həyatını itirmiş insanların xatirəsini yad etməklə yanaşı, mənim administrasiyam dini etiqad azadlığının təmin edilməsinə və həssas azlıqların qorunmasına sadiq qalır.
“Davamlı rifah və təhlükəsizlik üçün səylərimizi davam etdirərək, regionda sabitliyi dəstəkləməyi səbirsizliklə gözləyirik”, - deyə Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, Tramp ilk Prezidentlik dövründə də heç vaxt “soyqırım” ifadəsindən istifadə etməyib. Hətta o, bir müddət öncə Ağ Evdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla isti münasibətlərinin olduğunu bəyan edib. “Mənim Ərdoğanla gözəl münasibətim var. Mən onu sevirəm, o, da məni sevir. O, həqiqətən sərt və çox ağıllı adamdır. O, heç kimin edə bilmədiyi şeyi etdi. Onun haqqını vermək lazımdır”.
Onu da əlavə edək ki, Tramp yaxşı başa düşür ki, Yaxın Şərqdə onun əsas tərəfdaşlarından biri məhz Ankaradır. Türkiyə həm də NATO-nun ikinci ən böyük hərbi gücünə malik ölkədir. Və Tramp da yaxşı başa düşür ki, heç bir dvidentə malik olmayan Ermənistana görə Türkiyə ilə münasibətləri korlamaq Ankara-Vaşinqton münasibətlərinə ziyan verəcək.
Daşqın Həsənov
Missiya.Az