AZ   |   RU
“Bayraq yandırmaqla hədəfə çatmaq mümkün deyil” - TAİB-in sədr müavini

Ermənistanda vəziyyəti gərginləşdirmək istəyən qüvvələrin planları puç olacaq.


Missiya.Az xəbər verir ki, bu sözləri diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk ötən gecə İrəvanda yürüş zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına münasibət bildirərkən qeyd edib.


“Bayraq yandırmaqla, hədəfə çatmaq mümkün deyil. Bu addımın özü də Ermənistanda həmin qüvvələrin acizliyini göstərir. Artıq 150 illik arzuladıqları ideologiyaları fiaskoya uğrayıb.


Həmin qüvvələr Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanmasını istəmirlər. Bunlar həm də başa düşmürlər ki, Azərbaycanla heç bir zaman müharibə apara bilməyəcəklər. Onların nə iqtisadi, nə də hərbi-siyasi gücləri var. Bu, Ermənistan üçün fəlakət olar”.


E. Eltürk onu da qeyd edib ki, nə qədər gec deyil, İrəvan Azərbaycanın şərtlərini qəbul etməlidir ki, bölgədə sülh prosesi sürətlənsin.


“Bundan ən çox qazanan Ermənistan olacaq. İrəvanın Azərbaycan və Türkiyə qarşı düşmənçilik aparması strateji maraqlarına cavab vermir. Bayraqların yandırılması ilə bağlı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryanın verdiyi açıqlamadan da görünür ki, Paşinyan hakimiyyəti vəziyyətə fərqli prizmadan yanaşır. Həm də bunun təxribat və təhrikedici xarakterli addım olduğunu bildirməsi qarşıda münasibətlərin normallaşmasına işarə ola bilər”, - deyə E. Eltürk vurğulayıb.




  • Bu gün, 14:17