
Birləşmiş Ştatlar bu həftə Ukraynanın müharibənin dayandırılması ilə bağlı təkliflərinə cavab verəcəyini gözləyir. Xüsusilə, NATO-ya qoşulmamaq və Krımın Rusiya ərazisi kimi tanınması barədə.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qərb rəsmiləri bildiriblər ki, təkliflər ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək vəzifəli şəxslərinin aprelin 17-də Parisdə Ukrayna tərəfinə təqdim etdiyi məxfi sənəddə öz əksini tapıb. Onlar bir günlük görüş zamanı Avropa rəsmilərinə də göstərilib.
Məlumata görə, Vaşinqton indi Kiyevin cavabını gözləyir və bu həftənin sonunda ABŞ, Ukrayna və Avropa rəsmiləri arasında Londonda keçiriləcək görüşdə üç tərəfin mövqeyi üst-üstə düşərsə, təkliflər Moskvaya təqdim oluna bilər.
Bildirilib ki, ABŞ-nin Parisdə təqdim etdiyi təkliflər bir neçə aspektdən ibarət idi:
“Bunlar arasında Ukraynanın NATO üzvlüyündən çıxarılması və Zaporojya Atom Elektrik Stansiyasının ətrafındakı ərazinin neytral zona kimi elan edilməsi”, - deyə vurğulanıb.
Lakin Qərb rəsmilərinin fikrincə, Tramp komandasının irəli sürdüyü təkliflər Rusiyanın bir sıra tələblərinə cavab vermir. Xüsusilə, ABŞ Rusiyanın şərqi Ukraynanın dörd bölgəsinə (Zaporijjya, Xerson, Luqansk və Donetsk vilayətləri) nəzarət etmək üçün qanuni hüququna malik olduğunu tanımır. Həmçinin Vaşinqton rus qoşunlarının bu ərazilərdən çıxarılmasını tələb etmir.
Qeyd olunub ki, Tramp administrasiyasının bəzi təkliflərini qəbul etmək Ukrayna üçün çətin ola bilər, çünki o, Rusiyanın hər hansı ərazisinə qanuni iddialarının olduğunu etiraf etməkdən imtina edib.
Həmçinin, ABŞ Ukrayna qoşunlarının sayını məhdudlaşdırmağı təklif etmir və Qərbin Kiyevə hərbi dəstəyini və ya Avropa qoşunlarının ölkəyə yerləşdirilməsini istisna da etmir.
Daşqın Həsənov
Missiya.Az