AZ   |   RU
Türkiyə tarixində ən böyük narkotik əməliyyatı: 566 şübhəli həbs olundu

Türkiyədə “Narkokapan-Ankara əməliyyatı” çərçivəsində həbs edilən şübhəlilərin sayı 566-ya yüksəlib. 


Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Ankara Qərbi və Ankara Baş Prokurorluğu tərəfindən aparılan əməliyyatda Ankara mərkəzli 14 vilayətdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilən şübhəlilər əməliyyat tədbirləri nəticəsində saxlanılıb.


 Bildirilib ki, şübhəlilərin bu həftədən etibarən ifadələri alınacaq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı istintaqa göndəriləcək. 


Əməliyyatda saxlanılan digər şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir. 


Məlumatda o da qeyd olunub ki, bu əməliyyat Türkiyə tarixində ən böyük əməliyyat hesab olunur. 



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 09:44