Bazar 4 May 2025 / 22:02:42
                    AZ   |   RU
İsrail vətəndaşlarının Maldiv adalarına girişi qadağan olundu

Maldiv adaları hökuməti İsraili Qəzza müharibəsi zamanı fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edərək, İsrail pasportu sahiblərinin ölkəyə girişini qadağan edib. 


Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.


Maldiv Prezidenti Mohamed Muizzu ölkənin immiqrasiya qanununa düzəlişi parlament tərəfindən qəbul edildikdən sonra ratifikasiya edib.


Dəyişiklik immiqrasiya qanununa İsrail pasportu olan ziyarətçilərin Maldiv adalarına girişini açıq şəkildə qadağan edən yeni müddəa təqdim edir.


“Rattifikasiya İsrail tərəfindən Fələstin xalqına qarşı davam edən vəhşiliklərə və davam edən soyqırım aktlarına cavab olaraq hökumətin qəti mövqeyini əks etdirir”, - deyə bəyanatda deyilir.



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2025, 15:12