AZ   |   RU
17 aprel bu əlamətdar hadisələrlə xatırlanır



17 aprel bir çox əlamətdar günlərlə yadda qalıb.

Missiya.Az 
həmin əlamətdar hadisələri təqdim edir:


1. Ümumdünya Hemofiliya Günüdür: Sözügedən tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Onun təsis və qeyd edilməsinin məqsədi qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar irsi xəstəlik olan hemofiliyadan əziyyət çəkənlərin hər gün üzləşdiyi problemlərə dünya ictimaiyyətinin, siyasətçilərin və səhiyyə işçilərinin diqqətini cəlb etmək, bu barədə onların məlumatlılığını artırmaqdır. Xəstəliyin əlamətləri demək olar ki, bütün hallarda erkən uşaqlıq dövründə, çox vaxt körpənin həyatının 4-5-ci gününə qədər özünü göstərir. Hemofiliya zamanı oynaqlara, əzələlərə və daxili orqanlara öz-özünə zədə və ya cərrahi müdaxilə nəticəsində qanaxma baş verir. Hətta xırda zədələr nəticəsində hemofiliyalı xəstələrin beyninə və ya digər orqanlarına qan axmasının ölümlə nəticələnməsi ehtimalı yüksəkdir.


2.17 aprel həm də Beynəlxalq Qəhvə Günüdür: Kulinariya təqviminə görə, bu gün Beynəlxalq Qəhvə Günüdür. Fransızlar gündə üç dəfə qəhvə içirlər, italyanlar onun adına fakültə açıblar, skandinaviyalılar isə onsuz yaşaya bilmirlər. Dünyada milyonlarla insanın həyatı bir fincan gümrahlaşdırıcı qəhvə ilə başlayır. Hər ölkənin isə özünəməxsus hazırlama sirləri var.




Zərintac Mayisqızı
Missiya.Az




  • 17-04-2025, 10:55