AZ   |   RU
Ərdoğan DEM partiyası heyətini qəbul edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalqların Bərabərlik və Demokratiya Partiyası (DEM) heyətini qəbul edib.

Missiya.Az
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Heyətdə DEM Partiyası Van Millət vəkili Pərvin Buldan və İstanbul Millət vəkili Sırrı Sürəyya Öndər yer alır. Prezident Kompleksində “Terrorsuz Türkiyə” prosesinin yol xəritəsi ilə bağlı mühüm toplantı keçirilir. Ərdoğan Pərvin Buldan və Sırrı Sürəyya Öndərlə görüşüb.

“Terrorsuz Türkiyə” hədəfinə çatmaq iradəsinin təsdiqlənəcəyi görüşdə proseslə bağlı son vəziyyət dəyərləndirilir. Qəbulda Ədalət və İnkişaf Partiyasının (AK) sədrinin müavini Əfkan Ala və MİT direktoru İbrahim Kalın da iştirak edir.



Zərintac Mayisqızı
Missiya.Az






  • 10-04-2025, 15:34