AZ   |   RU
“Rusiya Azərbaycan və Ermənistanı sərhəddə eskalasiyadan qaçmağa çağırır” - Zaxarova


“Rusiya Azərbaycan və Ermənistanı sərhəddə eskalasiyadan qaçmağa çağırır”.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı məlumat verib.


O, Moskvanın Ermənistan və Azərbaycan sərhədində vəziyyətə nəzarət etdiyini vurğulayıb.


“Biz Bakı və İrəvanı təmkin nümayiş etdirməyə, gərginliyin azaldılması üçün addımlar atmağa və vəziyyəti daha da pisləşdirə biləcək hər hansı hərəkətdən çəkinməyə çağırışımızı təkrar edirik”, - deyə Zaxarova bildirib.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 9-04-2025, 14:13